AZ

Lənkəranda ŞOK: Əvvəlcə arvadını, sonra özünü...

Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Kərgəlan kəndində baş verib.

Belə ki, 1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.

Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
2
13
yenisabah.az

10Mənbələr