AZ

NASA mart ayında Aya ekipajlı missiya göndərmək planını təxirə saldı

Bakı. Trend:

ABŞ-nin Milli Aeronavtika və Kosmik Administrasiyası — NASA martayına nəzərdə tutulan “Artemis II” ekipajlı missiyasının texnikinasazlıqlar səbəbindən Aya göndərilməsini ertələmək qərarıverib.

Trend xəbər verir ki, qurumunrəhbəri Cared Ayzekman bu barədə “X” sosial platformasında paylaşımedib.

O bildirib ki, mart ayı üçün nəzərdə tutulan buraxılış pəncərəsiartıq gündəmdə deyil və hadisələrin bu cür inkişafının məyusediciolduğunu qeyd edib.

Bundan əvvəl NASA “Orion” kosmik gəmisini daşıyan “Space LaunchSystem” (SLS) raketini yenidən yığma sexinə qaytarmaq qərarınagəlib. Raket 17 yanvardan etibarən Floridadakı buraxılışmeydançasında yerləşirdi. Lakin fevralın 21-nə keçən gecəmütəxəssislər SLS-in ara kriogen mərhələsinə helium ötürülməsindəproblem aşkar ediblər.

Ayzekmanın sözlərinə görə, yaranan nasazlıqların səbəbi nəolursa-olsun, onların araşdırılması və aradan qaldırılması yalnızyığma korpusda mümkündür.

Missiyanın yeni mümkün buraxılış tarixi hələ açıqlanmayıb.

Seçilən
16
az.trend.az

1Mənbələr