AZ

MPL: "Şamaxı" "İmişli"yə qarşı, lider "Kəpəz"i sınağa çəkir

Misli Premyer Liqasında 21-ci tur davam edir.

Fanat.Az xəbər verir ki, bir oyunu qeyri-müəyyən müddətə təxirə salınan tur çərçivəsində bu gün daha iki matç baş tutacaq.

Əvvəlcə "İmişli" ilə "Şamaxı" münasibətlərinə aydınlıq gətirəcəklər. Qubada keçiriləcək oyun saat 14:30-da başlayacaq. Matçı Rəşad Əhmədov idarə edəcək. 8-9-cu pillələrdə qonşu olan komandaların duelində qonaqlar qalib gələcəkləri halda, aradakı fərqi 8 xala çatdıracaq. Əks halda, "İmişli" "Şamaxı"ya əlçatan məsafədə yaxınlaşacaq.

Günün son oyunu Masazırda keçiriləcək. Lider "Sabah" autsayderlərdən olan "Kəpəz"i sınağa çəkəcək. Valdas Dambrauskas çempionatda ardıcıl 9-cu qələbəyə köklənib. Sürprizə imkan verməyəcəyi halda, "bayquşlar" 2-ci pillədə qərarlaşan və "Neftçi" ilə matçı təxirə salınan "Qarabağ"la xal fərqini 7-yə çatdırmış olacaq. 

Turun əvvəlki görüşlərində "Turan Tovuz" "Zirə"ni (2:0), "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:0) üstələyib, "Sumqayıt" ilə "Qəbələ" isə bərabərə (0:0) qalıb.  

Misli Premyer Liqası
21-ci tur
22 fevral

14:30. "İmişli" – "Şamaxı"
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli.
VAR: Rauf Cabarov, Elşad Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Quba. Olimpiya İdman Kompleksinin stadionu.

17:00. "Sabah" – "Kəpəz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Əli Əliyev, Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Masazır. "Bank Respublika Arena".

Seçilən
8
6
fanat.az

8Mənbələr