AZ

ABŞ-nin İrana şərti açıqlandı

BAKI, 22 fevral. TELEQRAF

ABŞ-nin İranla danışıqlarda əsas şərti Tehranın uranın zənginləşdirilməsindən tam imtina etməsidir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp danışıqlardan əvvəl ona və Cared Kuşnerə Vaşinqtonun qırmızı xətlərini çatdırıb.

“Heç bir zənginləşdirmə olmamalıdır, biz bütün materialı – zənginləşdirilmiş uranı çıxarmalıyıq”, – deyə Uitkoff vurğulayıb.

Xüsusi nümayəndə iddia edib ki, bir həftə ərzində Tehranın nüvə silahı üçün tələb olunan səviyyədə zənginləşdirilmiş kifayət qədər urana sahib ola biləcəyi ehtimalı var. O əlavə edib ki, ABŞ prezidentini İranın təzyiqlərə və Yaxın Şərqə əlavə edilmiş Amerika hərbi qüvvələrinə baxmayaraq geri çəkilməməsi təəccübləndirir.

Seçilən
19
2
teleqraf.com

3Mənbələr