AZ

Klub rəhbərliyi baş məşqçiyə konkret hədəf TƏYİN ETDİ

"Tottenhem" rəhbərliyi baş məşqçi İqor Tudorun qarşısına cari mövsüm üçün konkret hədəf qoyub.

Bizim.Media xəbər verir ki, xorvatiyalı mütəxəssisə İngiltərə Premyer Liqasında mövsümü ilk onluqda başa vurmaq tapşırılıb.

Əgər Tudor qarşıya qoyulan bu məqsədə nail olarsa, klub onunla müqavilənin müddətini uzada bilər.

Qeyd edək ki, təcrübəli mütəxəssisin hazırkı sözləşməsi bu ilin yayında başa çatır.

Xatırladaq ki, 26 turdan sonra "Tottenhem" 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

London təmsilçisinin ilk onluqdan 7 xal geri qaldığını nəzərə alsaq, mütəxəssisi çətin sınaq gözləyir. Komanda növbəti matçını fevralın 22-də "Arsenal"a qarşı keçirəcək.

Bizim.Media

Seçilən
1
2
bizim.media

3Mənbələr