AZ

ABŞ Aİ-ni silah bazarına çıxışın məhdudlaşdırılması ilə hədələdi

BAKI, 22 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyası Avropa İttifaqına yenidən silahlanma prosesi ilə bağlı xəbərdarlıq.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilir ki, Tramp administrasiyası fevralın əvvəlində verdiyi açıqlamada Avropa ölkələrinin proteksionist siyasət yürütməsinin ABŞ müdafiə şirkətlərini bazardan sıxışdırmaq anlamına gəldiyini vurğulayıb.

“ABŞ şirkətlərini bazardan zorla kənarlaşdıran proteksionist və diskriminasiyaedici siyasət, eyni zamanda Avropanın ən iri müdafiə firmalarının ABŞ bazarına çıxışdan böyük gəlir əldə etməsi fonunda düzgün addım deyil”, - deyə bəyanatda qeyd olunub.

ABŞ administrasiyasından qeyd olunub ki, əgər qurum yenidən silahlanma prosesində yerli istehsalçılara üstünlük verərsə, Vaşinqton cavab tədbirləri görə bilər.

Nəşr yazır ki, Vaşinqtonun bu mövqeyi ABŞ-nin Avropaya yanaşmasındakı paradoksu üzə çıxarır. Belə ki, Tramp administrasiyası dəfələrlə Avropa ölkələrini qitənin müdafiəsində əsas yükü öz üzərlərinə götürməyə çağırsa da, bunun Amerika müdafiə sənayesinin maraqları hesabına baş verməsinə hazır olmadığını göstərir.

Seçilən
16
teleqraf.com

1Mənbələr