AZ

İrlandiya Fransadan 1 milyard avro dəyərində zirehli texnika ala bilər

ain.az, Apa.az portalına istinadən məlumat verir.

İrlandiya yaxın vaxtlarda Fransanın silah istehsalçısı "KNDS France" şirkətindən yüzlərlə zirehli texnika ala bilər.APA xəbər verir ki, bu barədə "La Tribune Dimanche" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sifarişin ümumi dəyəri 1 milyard avrodan çox qiymətləndirilir.İrlandiya əsasən “Jaguar” kəşfiyyat-döyüş maşınları, “Serval” çoxməqsədli yüngül zirehli maşınlar, “Griffon” zirehli transportyorları və “Caesar” özüyeriyən artilleriya qurğuları ilə maraqlanır.

Nəşr qeyd edir ki, müqavilə Fransanın Silahlı Qüvvələr naziri Ketrin Votrenin Dublinə planlaşdırılan səfəri zamanı imzalana bilər.Səfərin martın sonu və ya aprelin əvvəlində baş tutacağı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
apa.az

3Mənbələr