AZ

Azərbaycan Premyer Liqasında maraqlı olay: Oyunçu “oynaya bilmirəm” deyib meydançanı tərk etdi FOTO

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Karvan-Yevlax” – “Araz-Naxçıvan” qarşılaşmasında maraqlı hadisə yaşanıb.

Belə ki, qarşılaşmanın 83-cü dəqiqəsində “Karvan-Yevlax”ın legioneri Samuel Durrant heç bir əvəzetmə və ya hakimin göstərişi olmadan özbaşına meydanı tərk edib soyunub-geyinmə otağına yollanıb.

Durrant meydançanın kənarında artıq oynaya bilmədiyini bildirib.

Daha əvvəl Durrant oyunda zədələnmişdi.

Bundan sonra Füzuli Məmmədovun komandası matçın qalan hissəsini 10 nəfərlə davam etdirməyə məcbur olub.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr