Əgər Ukrayna “Drujba” neft kəməri vasitəsilə Rusiya neftinin tranzitini yenidən bərpa etməzsə, Macarıstan Ukraynaya elektrik enerjisinin verilməsini dayandıra bilər.
Publika.az xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban Bekeşçaba şəhərində keçirilən mitinqdə səsləndirib.
Orban qeyd edib ki, Budapeştin bir neçə ay üçün kifayət edəcək neft ehtiyatı mövcuddur. Bununla belə, tədarükün dayandırılması halında Kiyevə qarşı cavab addımlarının atılacağını bildirib.
“Bu asan məsələ deyil. Elektrik enerjisinin verilişini dayandırsaq, arzuolunmaz nəticələr yarana bilər. Slovaklar da bunu mümkün variant kimi qiymətləndiriblər. Buna görə addımlarımızı Slovakiya ilə uzlaşdırırıq və zərurət yaranarsa, belə bir qərar verəcəyik”, – deyə Orban vurğulayıb.