Türkiyəli aktrisa Özgü Namal bu dəfə özəl həyatı ilə gündəmə gəlib.
Hit.az xəbər verir ki, aktrisa biyoenerji mütəxəssisi Ercan Han Üşümez sevgilidir. Özgü ilk dəfə məsələyə münasibət bildirərək eşq yaşadıqlarını təsdiqləyib.
"Eşqə davam, hər şey yolundadır" deyə, o, bildirib.
Qeyd edək ki, Özgü Namal daha əvvəl reklamçı və prodüser Ahmet Serdar Oral ilə ailəli olub. Cütlüyün iki övladı var. Ahmet Serdar Oral 2020-ci ildə ürək tutmasından vəfat edib. Özgü hazırda "Kıskanmak" serialında çəkilir. (Axşam.az)