Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Tottenhem" klubu bu mövsüm Premyer Liqadan aşağı dəstəyə düşərsə, heyətindəki bir çox aparıcı futbolçusunu itirmək təhlükəsi ilə üzləşəcək.
Fanat.Az xəbər verir ki, Kristian Romero, Mikki van de Ven və Konor Qallaxer belə bir vəziyyətdə komandadan ayrılacaq ilk adlar arasındadırlar.
"The Athletic" nəşrinin məlumatına görə, Dominik Solanke, Ceyms Meddison və Məhəmməd Kudus kimi oyunçulara da digər klublardan böyük maraq var. Siyahıda həmçinin Riçarlison, Pedro Porro və Destini Udoqi kimi ulduzların da adı çəkilir.
Hazırda 29 xalla 16-cı pillədə qərarlaşan klubun rəhbərliyi Premyer Liqada qalmaq üçün bütün gücünü səfərbər etsə də, ehtimal olunan ssenari komandanın dağılması deməkdir.
Kamil Xudiyev
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.