AZ

Həbs olunmuş keçmiş şahzadənin onillik fəaliyyəti araşdırılacaq

Böyük Britaniya parlamentinin ticarət və biznes üzrə partiyalararası komitəsi Kral III Çarlzın qardaşının Britaniyanın ticarət elçisi vəzifəsindəki fəaliyyəti ilə bağlı araşdırma aparmaq niyyətindədir.

Azreform.info xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

"Komitə Endryu Mauntbetten-Vindzorın Böyük Britaniyanın ticarət elçisi kimi rolunu araşdırmağa başlaya bilər" - qəzet mənbələrə istinadən bildirib.

Komitə nümayəndələri fevralın 24-ü keçmiş şahzadə Endryunun 2001-2011-ci illərdə yerinə yetirdiyi rolun mümkün araşdırmasını müzakirə etmək üçün toplanacaqlarını söyləyiblər.

Qəzet Britaniyanın yüksək vəzifəli məmurunun sözlərinə istinad edir ki, Mauntbetten-Vindzor Böyük Britaniyanın iqtisadiyyat və xarici işlər nazirlikləri tərəfindən maliyyələşdirilən "UK Trade and Investment" strukturunda işləyərkən dəfələrlə nazirlərdən daha mühüm vəzifə istəyib.

Britaniya KİV-ləri qeyd edib ki, polis Endryu Mauntbetten-Vindzorın amerikalı maliyyəçi Ceffri Epşteynlə məxfi məlumat paylaşdığına dair məlumatları araşdırıb.

Mauntbetten-Vindzor müasir dövrdə Britaniya kral ailəsinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılan ilk üzvü olub.

Seçilən
0
8
azreform.info

9Mənbələr