ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Barselona”nın baş məşqçisi Hans-Dieter Flik komandanın aşkar liderin olmaması ilə bağlı məsələyə toxunub.
İdman.Biz bildirir ki, 12 fevralda “Barselona” Kral Kubokunun yarımfinalında “Atletiko Madrid”ə (0:4), 16 fevralda isə La Liqada “Jirona”ya (1:2) məğlub olub.
“Düzdür, meydanda liderlik keyfiyyətlərinə malik oyunçulara ehtiyacımız var. Məsuliyyət əsasdır. Komanda 100% güc sərf etdikdə, oyun keyfiyyəti çox böyük olur. Aydın liderimiz yoxdur, amma hər kəs inkişaf etməli və bir-birini dəstəkləməlidir. Mən bu komandaya tam inanıram və qarşıdakı matçları səbirsizliklə gözləyirəm. İki məğlubiyyəti geridə qoyduq, baxmayaraq ki, təkmilləşməli olduğumuzu bilirik”, - deyə AS Flikdən sitat gətirir.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.