AZ

Xətai rayonunda su xəttində baş verən qəza nə vaxt aradan qaldırılacaq?VİDEO

Bakıda üzərində fərdi yaşayış evləri tikilmiş su xətti ləğv edilir, kənardan yenisi çəkilir.

Xezerxeber.az-ın məlumatına görə, bir neçə gün əvvəl paytaxtın Xətai rayonu, UPD qəsəbəsi, Rəşid Bağırov küçəsi 36 ünvanında kollektorda baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.

İş icraçılarından əldə etdiyimiz məlumata görə, artıq tullantı və içməli su xətləri bir-birindən ayrılıb. 

Sakinlərin sözlərinə görə, fevralın 20-sində içməli suyun verilməsi planlaşdırılsa da, aparılan təmir işlərinə görə, suyun tam verilməsi hələ də təmin edilməyib.

Qəsəbə sakinlərinin bəziləri mövcud vəziyyətdən narazı olduqlarını bildiriblər. Onlar deyirlər ki, qəsəbənin bir hissəsinə maşınlar vasitəsilə su paylansa da, digər yerlərdə yaşayan sakinlərə heç bir köməklik göstərilməyib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanında üzərində fərdi yaşayəş evləri tikilmiş diametri 500 mm olan magistral su xəttini kənar ərazidən çəkərək yenisi ilə əvəzlənməsi işləri tamamlanıb, hazırda daxili şəbəkələrə qoşulma prosesi icra olunur. Abonentlərin xeyli hissəsinin su təminatı bərpa olunub, gün ərzində isə işlərin tam yekunlaşması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
7
4
xezerxeber.az

5Mənbələr