Britaniya mətbuatı ABŞ-ın İrana doğru yüzlərlə təyyarə və bir neçə aviadaşıyıcı qrupu köçürməyə başladığını xəbər verir.
Publika.az xəbər verir ki, “USS Gerald R. Ford” gəmisinin Cəbəllüttariq vasitəsilə Aralıq dənizi istiqamətində hərəkəti, həmçinin “USS Abraham Lincoln” gəmisinin Oman yaxınlığında olduğu qeydə alınıb. Ümumilikdə söhbət 12 ABŞ gəmisindən gedir.
Bundan əlavə, media “F-35” və “F-22” qırıcılarının, “KC-135” və “KC-46” yanacaqdolduran təyyarələrinin, habelə “C-17A” və “С-5М” nəqliyyat təyyarələrinin köçürülməsi barədə məlumat yayır. Ekspertlərin qiymətləndirməsinə görə, bu qruplaşma sutkada 800-ə qədər uçuşu təmin edə bilər.
Xatırladaq ki, Donald Tramp daha əvvəl ABŞ hərbçilərinin İrana məhdud zərbə endirmək üçün tam döyüş hazırlığı vəziyyətində olduğunu bəyan etmişdi.