AZ

Zelenski bəyan etdi: Mövqelərimizi razılaşdırdıq

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə keçirilən son danışıqları, Ukraynanın enerji sektorundakı vəziyyəti və PURL proqramı üzərində əlavə işlərin aparılmasının vacibliyini NATO-nun Baş katibi Mark Rutte ilə müzakirə edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında məlumat verib.

“Mən Mark Rutte ilə danışdım. Diplomatik işimizin bütün əsas məsələləri üzrə mövqelərimizi razılaşdırdıq”.

O, özünün və Ruttenin fikirlərinin üst-üstə düşməsindən məmnunluğunu ifadə etdi.

Xatırladaq ki, fevralın 18-də Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında iki günlük danışıqlar başa çatıb. Birinci günün müzakirələri altı saat, ikinci günün isə təxminən iki saat davam edib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqları “çətin, lakin işgüzar” adlandırıb. Zelenski isə tərəflərin atəşkəs monitorinqi mexanizmi ilə bağlı razılığa gəldiyini söyləyib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
globalinfo.az

1Mənbələr