Ukrayna dronları Krımda Rusiya ordusunun iki gəmisi və iki təyyarəsini vurub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqram kanalında məlumat yayıb.
Məlumata görə, Rusiya ordusunun iki "Oxotnik" layihəli sərhəd patrul gəmisi və iki Be-12 tipli amfibiya təyyarəsinə zərbələr endirilib.