19-21 fevral tarixlərində Belarusun Brest şəhərində keçirilən Açıq Paraüzgüçülük Kubokuna yekun vurulub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Yarışın ilk iki günündə S12 kateqoriyasında Paralimpiya çempionumuz Raman Salei 100 metr məsafəyə sərbəst və “butterfly” (kəpənək) üzmə üsullarında iki qızıl medal qazanmışdı. Təcrübəli paralimpiyaçımız 100 metr məsafəyə arxası üstə 1:02.87 və 50 metr məsafəyə sərbəst üsulda 25.34 saniyə nəticə göstərərək daha iki qızıl medala yiyələnib.
Yeniyetmə paralimpiyaçımız Əli Vəliyev isə S10 kateqoriyası üzrə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:08.90 nəticə ilə gümüş medal qazanıb.
O, həmçinin 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulunda gümüş, 200 metr məsafəyə qarışıq üzmə üsulunda daha bir gümü və 400 metr məsafəyə sərbəst üzmə üsulunda bürünc medal əldə edib.
Beləliklə, təcrübəli idmançımız Raman Salei və yeniyetmə paraüzgüçülərimiz Əli Vəliyev, Murad Məmmədov və Səlim Məmmədovun təmsil etdiyi komandamız turniri dörd qızıl, üç gümüş və bir bürünc medalla başa vurub.