Böyük Britaniyada həkimlər 52 yaşlı Mancit Sanqhanın itdən təhlükəli infeksiyaya yoluxmasından sonra qollarını və ayaqlarını amputasiya etmək məcburiyyətində qaldılar.
Ölkə.Az "The Telegraph" istinadən xəbər verir ki, bakteriyalar onun dərisindəki kiçik bir cızıqdan bədəninə daxil olaraq ağır sepsisə səbəb olub.
Qəzetin məlumatına görə, Sanqhanın vəziyyəti heyvanla oynadıqdan qısa müddət sonra pisləşib: şənbə günü o, itlə vaxt keçirib və bazar ertəsi günü komaya düşüb. Həkimlər ona qanında bakterial infeksiyanın yaratdığı sepsis diaqnozu qoyublar. O, həmçinin pnevmoniya və öd daşı ilə mübarizə aparırdı.
O, səkkiz ay xəstəxanada yatıb və altı ölümcül təcrübə yaşayıb. Həkimlər dizlərindən aşağı hər iki ayağını, hər iki qolunu amputasiya etməli və dalağını çıxarmalı olublar.

