Rusiyanı "Avroviziya" mahnı müsabiqəsində təmsil etmiş məşhur folklor kollektivinin üzvü vəfat edib.
Far.Az xəbər verir ki, bu "Buranov nənələri" qrupunun üzvü Zoya Sergeyevna Dorodovadır. O 85 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Yayılan məlumatlara əsasən, o son bir neçə ildir ki, səhnə fəaliyyətini dayandıraraq Buranovo kəndində yaşayıb.
Xatırladaq ki, "Buranov nənələri" qrupu 2012-ci ildə keçirilən "Avroviziya" müsabiqəsində Rusiyanı "Party for Everybody" mahnısı ilə təmsil edərək ikinci yerə sahib olmuşdu.