AZ

Peyk görüntüləri hər şeyi üzə çıxardı: İran İsrail zərbələrindən sonra maketlərdən istifadə edir

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın İsrail zərbələrindən sonra hava hücumundan müdafiə (HHM) sistemlərini bərpa etdiyi barədə iddiaları peyk görüntüləri ilə alt-üst olub.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, "Arms Control Wonk", "Planet Labs" və "Airbus" tərəfindən təqdim edilən yeni peyk fotoları Tehranın hərbi arsenalındakı acınacaqlı vəziyyəti üzə çıxarıb.

Buraxılış qurğuları var, radarlar isə yoxdur

2024-cü ildə İsrailin endirdiyi zərbələrdən sonra məhv edildiyi bildirilən S-300 sistemlərinin bəzi buraxılış qurğuları yenidən Tehran yaxınlığında peyda olub. Lakin kəşfiyyat görüntüləri göstərir ki, sistemin beyni sayılan strateji radarlar hələ də yoxdur. Bu isə o deməkdir ki, həmin qurğular ya tamamilə yararsızdır, ya da İsrail aviasiyasını aldatmaq üçün qoyulmuş "yalançı hədəf" (maket) rolunu oynayır.

Bənzər rüsvayçı vəziyyət İsfahandakı aviabazada da müşahidə olunur. İran tərəfi burada sıradan çıxmış müasir S-300 sistemini daha köhnə, ötən əsrdən qalma S-200 ilə əvəzləyib. Peyk çəkilişləri təsdiq edir ki, bu köhnə sistemlər belə radar və ya idarəetmə mərkəzlərinə qoşulmayıb, yəni faktiki olaraq işlək vəziyyətdə deyil.

Hərbi ekspertlərin rəyinə görə, hətta bu sistemlər işlək olsa belə, hazırda İranın HHM şəbəkəsi əvvəlkindən qat-qat zəif və pərakəndədir. Vahid idarəetmədən məhrum olan bu "qalıqlar" İranı gələcək mümkün münaqişələrdə tamamilə müdafiəsiz və asan hədəf halına gətirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
www.bakupost.az

1Mənbələr