AZ

“Bahar gəlir, yoxsa qış geri qayıdır?” sualına İqlimşünasdan MARAQLI CAVAB

Yazın müjdəçisi sayılan Su çərşənbəsi adətən havaların tədricən isinməsi, təbiətin oyanmağa başlaması ilə assosiasiya olunsa da, son illərin iqlim müşahidələri göstərir ki, martın əvvəllərində qış xarakterli hava şəraiti hələ də tam geri çəkilmir. Məhz bu səbəbdən bayram ərəfəsində qar yağması ehtimalı hər il ictimai müzakirə mövzusuna çevrilir və vətəndaşlarda “bahar gəlir, yoxsa qış geri qayıdır?” sualını yaradır.

Mövzu ilə bağlı Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONRKET.az-a açıqlamasında bildirib ,ki, Fevral ayında hava şəraiti olduqca dəyişkən olduğu üçün tez-tez kəskin temperatur dəyişiklikləri ilə müşayiət olunur.

Cavid Hüseynov

“Statistikaya görə, fevral ayı Azərbaycanda ilin ən soyuq aylarından biridir. Sibir antisiklonunun və ya Arktika hava kütlələrinin ölkə ərazisinə daxil olması ehtimalı yüksək olur.

Su çərşənbəsi ərəfəsində bəzən havalar qəfil isinir, lakin bu “aldadıcı” istilər çox vaxt güclü şimal küləyi və qar gətirən soyuq atmosfer cəbhəsi ilə əvəzlənə bilir. Xalq arasında buna bəzən “qarı nənənin çilləsi” və ya yazqabağı soyuqlar da deyilir”.

Ekspert sonda əlavə etdi ki, dəqiq proqnoz üçün 5-7 günlük meteoroloji məlumatlar ən etibarlısıdır. Çünki atmosfer kütlələrinin hərəkəti bir neçə gün ərzində istiqamətini dəyişə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
17
1
konkret.az

2Mənbələr