AZ

Digər rayonda 10 manatdır, Füzulidə 7 manat 102 yə zəng edib narkotikdən danışan şəxs TUTULDU

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Sərxoş halda Daxili İşlər Nazirliyinin "102"yə zəng edərək nalayiq ifadələr işlədən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.

Milli.Az "Teleqraf"a istinadla xəbər verir ki, 1986-cı təvəllüdlü Ç.V "102"yə zəng edərək atasının vaxtilə vəzifədə olmuş şəxs tərəfindən qətlə yetirildiyini, 100 min manat pulunun mənimsənildiyinə dair əssasız şikayətlər edib.

O bundan başqa, digər rayonlarda narkotikin qiymətinin 10 manat olduğunu, Füzulidə isə 7 manata satıldığını bildirib.

Ç.V məhkəmədə özünü təqsirli hesab edərək, əməli sərxoş vəziyyətdə törətdiyini deyib. O, spirtli içkinin təsiri altında törətdiyi əməldən peşman olduğunu dilə gətirib.

Məhkəmənin qərarına əsasən, barəsində İnzibati Xətəlar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib edilmiş şəxs səkkiz sutka inzibati qaydada həbs olunub.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
14
news.milli.az

10Mənbələr