AZ

Finlandiya körfəzi 15 ildən sonra ilk dəfə tamamilə dondu

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Finlandiya körfəzinin bütün su hövzəsi şaxtalı hava şəraiti səbəbindən buzla örtülüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sankt-Peterburq və Leninqrad vilayətinin Hidrometeorologiya Mərkəzinin rəhbəri Aleksandr Kolesov özünün teleqram kanalında məlumat verib.

"Son bir neçə gündə hökm sürən sakit və şaxtalı hava bütün Finlandiya körfəzinin donmasına və tamamilə buzla örtülməsinə səbəb olub", - deyə o yazıb.

Meteoroloqun sözlərinə görə, akvatoriyanın qərb hissəsində buz örtüyünün dağılmasına səbəb ola biləcək fırtına müşahidə olunur.

Kolesov qeyd edib ki, Finlandiya körfəzi sonuncu dəfə 2010 və 2011-ci illərdə bu qədər buzla örtülüb.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
bakivaxti.az

2Mənbələr