Bakı. Trend:
"Ayntraxt"ın müdafiəçisi Nataniel Braun karyerasını İngiltərəPremyer Liqasında davam etdirə bilər.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, "Mançester Siti" almaniyalıfutbolçunu transfer etmək istəyir.
Məlumata görə, klub 22 yaşlı son cinah müdafiəçisinə 65 milyonavro qiymət qoyub. "Mançester Siti" bu məbləği ödəməyə razılaşsa,keçid baş tuta bilər.
Qeyd edək ki, "Ayntraxt" Nataniel Braunu 2024-cü ilin yanvarında"Nürnberq"dən 3 milyon avroya transfer edib. Almaniya millisininüzvü bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 30rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.