AZ

Məşhur sovet avtomobilinin 50 yaşı tamam olur FOTOLAR

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

1976-cı ilin fevralında kütləvi istehsalına başlanılan VAZ-2106-nın konveyer ömrü nə az, nə çox 30 il oldu.

Avtosfer.az xəbər verir ki, “Avtovaz” şirkəti sosial şəbəkədə və mediada yazılan bir xəbərə bu gün münasibət bildirib. Qeyd olunub ki, istehsal çoxlarının iddia etdiyi kimi fevralın 21-də deyil, 17-də başlayıb.

VAZ-2106 kütləviliyinə görə yalnız 2101 seriyasından (2101, 2102, 21011) geri qalır. Avtomobil 30 il ərzində Tolyatti, Sırzan və İjevsk şəhərlərində 4,2 milyon ədəddən çox istehsal olunub. 2001-ci ilin dekabrında Tolyattidə istehsal olunmuş sonuncu 2106 hazırda zavodun muzeyindədir.

Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO

Avtomobilin populyarlığına əsas səbəb sadə konstruksiya, aşağı istismar xərci və ucuz qiymətdir. Statistika Komitəsinin 2024-cü ilə olan məlumatına görə bu gün Azərbaycanda 200 minə yaxın VAZ-2101, 21011, 2103 və 2106 uçotdadır. Bu maşınların neçəsinin real istismar olunduğu isə statistik məlumatlarda əks olunmur. Bu da tam təbiidir.

Vüqar Yaşaroğlu

Oxunub 20

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
avtosfer.az

1Mənbələr