AZ

Tramp bu qərarı “utancverici” adlandırdı

ABŞ Prezidenti Donald Tramp ölkənin Ali Məhkəməsinin idxal rüsumları ilə bağlı qərarından sonra alternativ fəaliyyət planının olduğunu açıqlayıb.

NOCOMMENT.az bildirir ki, ABŞ mediasının məlumatına görə, Ağ Evdə ştat qubernatorları ilə keçirilən görüş zamanı Donald Tramp Ali Məhkəmənin qərarını sərt tənqid edərək onu “utancverici” adlandırıb və vəziyyətdən çıxmaq üçün ehtiyat plan üzərində çalışdığını bildirib.

Lakin prezident bu planın detalları barədə açıqlama verməyib.

Xatırladaq ki, ABŞ Ali Məhkəməsi qərara alıb ki, Tramp administrasiyası dünyanın bir çox ölkəsinə qarşı birtərəfli qaydada tətbiq etdiyi ticarət rüsumları zamanı federal qanunları pozub. Məhkəmənin mövqeyinə görə, prezident belə addım atmaq üçün Konqresin razılığını almalı idi və fövqəladə səlahiyyətlərə istinad hüquqi əsas sayılmayıb.

Sara
NOCOMMENT.az

Seçilən
11
nocomment.az

1Mənbələr