Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Qvardiola “Qarabağ”ın oyunundan danışdı - “Hesab 0:9 da ola bilərdi”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Nyukasl”ın UEFA Çempionlar Liqasında “Qarabağ”la son oyunundan (6:1) danışıb.
QOL.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bu gün Premyer Liqada “Nyukasl”a qarşı keçiriləcək matçla bağlı təşkil edilən mətbuat konfransında rəqiblərinin “Qarabağ”a qarşı matçını izlədiyini deyib:
“Mən onların Çempionlar Liqasında “Qarabağ”a qarşı son oyunu izlədim və bu, möhtəşəm idi. Fasiləyə qədər hesab 5:0 idi, amma 9:0 da ola bilərdi. Qapıçı (Mateuş Koxalski - QOL.az) 3 ya 4 inanılmaz seyv etdi.
Onların oynadığı ritm, intensivlik və sürət - bax, Eddi Haunun dövründə mənim xatırladığım “Nyukasl” budur. Bu komanda ilə oyunda hər kəs xal itirə bilər. Bu, bütün komandaların başına gəlib”.
Посмотреть эту публикацию в Instagram
Публикация от Qol.az (@qolaz)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.