AZ

​Taliban qadın və uşaqların döyülməsini qanuni elan etdi

Əfqanıstanda hakimiyyətdə olan Taliban qadın və uşaqlara qarşı zorakılıqla bağlı yeni cinayət məcəlləsi qəbul edib.Metbuat.az “Daily Mail”ə istinadənxəbər verib ki, yeni qanun məişət zorakılığını müəyyən hallarda “cəza tədbiri” kimi təsnif edir və kişilərə arvadlarını və uşaqlarını döyməyə icazə verir. Qanunda bildirilir ki, bu cür zorakılıq yalnız “sümüklərin sınmasına və ya açıq yaralara səbəb olmadığı” halda qanuni hesab olunur. Sənəddə “ciddi nəticələrə” gətirib çıxarmayan fiziki zorakılığa icazə verildiyi qeyd olunur. Qanunda həmçinin qadınların qohumlarının evinə sığınması ilə bağlı məhdudiyyətlər də yer alıb.

Qanunun bir maddəsində deyilir ki, ərinin icazəsi olmadan müntəzəm şəkildə evdən çıxaraq atasının evinə gedən və ərinin çağırışlarına baxmayaraq geri qayıtmayan qadın üç ay müddətinə azadlıqdan məhrum edilə bilər.

Seçilən
12
metbuat.az

1Mənbələr