“Cənubi Qafqaz artıq köhnə geosiyasi sxemlərlə idarə olunan periferik məkan deyil. Bu gün regionda yeni bir mənəzərə formaşmaqdadır. Bölgədə reallaşan enerji marşrutları, Orta Dəhliz, logistika xətləri və rəqəmsal bağlantılar ənənəvi təhlükəsizlik anlayışını dəyişir. Bu dəyişimin mərkəzində isə Azərbaycan dayanır”.
Bunu Ölkə.az-a açıqlamasında deputat İlham Məmmədov deyib.
Deputat bildirb ki, qlobal sistemdə uzun illərdir müşahidə olunan boşluq, xüsusilə klassik beynəlxalq institutların çevik qərar vermək qabiliyyətinin zəifləməsi isə alternativ platformalara ehtiyac yaradıb. “Sülh Şurası formatı da məhz bu kontekstdə meydana çıxıb. Azərbaycanın bu platformanın ilk iclasında iştirakı təsadüfi deyil. Bu, Bakının artıq regional deyil, qlobal proseslərin iştirakçısı kimi qəbul edildiyinin siyasi göstəricisidir. Azərbaycan masada müşahidəçi yox, aktor kimi yer alır”, - o vurğulayıb.
Deputat qeyd edib ki, uzun illər region xarici güclərin qarşıdurma meydanı idi: “Bu gün isə Azərbaycan bölgəni qarşıdurmadan rəqabət edən güclər arasında bir əməkdaşlıq məkanı modelini təklif edir. Şəqrlə Qərb aarsında körpü rolunu oynayan Bakı artıq Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşdır. Tranzit və Orta Dəhliz-Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü, post-münaqişə dövründə sülh gündəliyi və regionda yeni təhlükəsizlik arxitekturasını formalaşdırmaqdadır”.
O əlavə edib ki, bu reallıq da bəzi dairələri narahat edir: “Çünki illərlə bölgədə gərginlikdən qazanc götürənlər üçün sabitlik sərfəli deyil. Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxvektorlu siyasət Azərbaycanın eyni anda müxtəlif güc mərkəzləri ilə işləməsinə imkan yaradıb. Münxen Təhlükəsizlik Konfransı, Vaşinqton görüşləri və regional təşəbbüslər göstərdi ki, Bakı artıq proseslərin arxasınca getmir – prosesləri formalaşdırır.
Fakt budur ki, Azərbaycan regional sülh gündəliyini özü müəyyənləşdirir. Ermənistanla danışıqlar prosesində təşəbbüs Bakının əlindədir. Bölgədə təhlükəsizlik və əməkdaşlıq formulu artıq reallığa çevrilir.
Təəssüf ki, regionda sabitliyin möhkəmlənməsi bəzi qüvvələri narahat edir. Xaricdə fəaliyyət göstərən erməni lobbi şəbəkələri və onlara bağlı dairələr zaman-zaman informasiya təxribatları və siyasi manipulyasiyalarla prosesi ləngitməyə çalışıblar. Lakin onların bütün cəhdləri iflasa uğrayıb və hər bu cür təzyiq cəhdi Bakının mövqeyini daha da gücləndirib. Özləri özlərinin qurduğu oyunun qurbanına çevriliblər. Cənab Prezident İlham Əliyevin yürtdüyü uğurlu və qətiyyətli siyasət nəticəsində bu anti-Azərbaycan güclər uduzaraq oyundakənar vəziyyətdə qalcaqlar. Bu proseslərdə erməni lobbisi və xarici kəşfiyyatın əlində alət kimi istifadə olunanlar isə özlərini biabır edəcəklər.
Yürüdülən uğurlu siyasət nəticəsində region faktiki olaraq sülh mərhələsinə daxil olub. Bu prosesin arxasında strateji ardıcıllıq, diplomatik balans və siyasi qətiyyət dayanır.
Azərbaycanı bu yoldan döndərmək üçün atılan addımlar indiyədək nəticəsiz qaldiği kimi bundan sonra da qalacaq. Bunlar hələ də anlamır və ya dərk etmək qabliyyətində deyillər ki, Azərbaycana qarşı bu cür metdolar keçərli deyil və qurduqları çirkin, təxribatçı oyunları yenə də pozacaq. Çünki geosiyasi reallıq dəyişib. Artıq Bakı hadisələrin obyektindən subyektinə çevrilib”.
Mürtəza