ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin deputatı Azər Badamov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Rayon Mərkəzi Xəstəxanasının qeydiyyat şöbəsində növbədə dayanmış xəstələrlə görüş keçirib, onlarla səmimi söhbət edib.Newscenter.az xəbər verir ki, bu barədə məlumatı deputat Azər Badamov verib. Millət vəkili və Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada yaradılmış şəraitlə də tanış olublar.Azər Badamov qeyd edib ki, Qusar RMX-sında yaradılmış müasir şərait və tibb personalın peşəkarlığı regionun digər rayonlarından da çoxlu xəstələrin müraciət etməsinə imkan yaradıb. Xəstəxanaya müraciət edən xəstələr tibb personalın münasibətindən və xidmətindən məmnunluğunu bildiriblər.Süleyman
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.