AZ

Macarıstan Aİ-nin Ukraynaya 90 milyard avroluq yardımını blokladı

BAKI, 21 fevral. TELEQRAF

Macarıstan Ukraynaya 90 milyard avro kreditin tranşını ləğv etmək məqsədilə Avropa İttifaqının büdcə qaydalarına düzəlişləri bloklayıb.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanos Boka məlumat verib.

Nazir bildirib ki, kredit öhdəlikləri Macarıstanı əhatə etmir və bu, ölkəyə heç bir maliyyə öhdəliyi yaratmır. Lakin sistemin fəaliyyət göstərməsi üçün Aİ-nin yeddillik büdcəsində büdcə qaydalarının dəyişdirilməsi tələb olunur ki, bunun üçün bütün 27 üzv ölkənin razılığı zəruridir.

Macarıstanın xarici işlər naziri Peter Siyarto Volodimir Zelenskini Rusiyadan Macarıstaya “Drujba” boru kəməri vasitəsilə neft tədarükünü bloklamaqda ittiham edib. O bildirib ki, bu addım parlament seçkilərindən öncə hökumət üçün çətinliklər yaradıb.

Qeyd edək ki, fevralın 19-da Avropa Komissiyası Kiyevə dizel yanacağının Macarıstan və Slovakiya tərəfindən tədarükünün dayandırıldığını açıqlayıb. Fevralın 20-də isə Macarıstan hökuməti Rusiya neftinin tranzitinə mane olduğunu əsas gətirərək Aİ-nin Ukraynaya 90 milyard avroluq yardımını dayandırmaq qərarına gəlib.

Seçilən
14
teleqraf.com

1Mənbələr