AZ

Sakit okeanın şərqində narkotik qaçaqmalçılarına zərbə: Üç nəfər həlak olub

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Sakit okeanın şərqində narkotik qaçaqmalçılarına məxsus olduğu iddia edilən gəmiyə zərbə endirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı öz "X" hesabında məlumat verib.

"Kəşfiyyat təsdiqlədi ki, gəmi Sakit okeanın şərq hissəsində məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət edirdi və narkotik qaçaqmalçılığı üçün istifadə edilirdi", - deyə məlumatda bildirilib.

Qeyd edildiyi kimi, zərbə nəticəsində üç nəfər həlak olub. ABŞ hərbçilərindən xəsarət alan almayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
oxu.az

10Mənbələr