AZ

Amur vilayətində itkin düşmüş helikopterin qəzaya uğradığı yer aşkar edilib, sağ qalan yoxdur

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Moskva, 21 fevral, AZƏRTAC

Amur vilayətində bundan əvvəl itkin düşmüş “Robinson R44” markalı özəl helikopterin qalıqları aşkar edilib, qəza yerində həlak olmuş üç nəfərin cəsədi tapılıb.

AZƏRTAC xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı helikopterin müəyyən edilmiş vaxtda əlaqəyə çıxmağı dayandırdığı Romnenski dairəsində aparılıb. Regional hökumətin məlumatına görə, xilasedicilər helikopterin qəzaya uğradığı yeri və göyərtədə olan şəxslərin cəsədlərini aşkar ediblər, sağ qalan yoxdur.

İstintaq orqanlarının məlumatına görə, göyərtədə pilot və iki sərnişin olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat-axtarış tədbirlərindən qayıdırdılar. Helikopter şəxsi istifadədə olub və ilkin məlumata görə, meşə materiallarının tədarükü xidmətləri tərəfindən istifadə edilirdi. Rusiyanın İstintaq Komitəsi hadisənin əsas versiyaları kimi texniki nasazlıq və uçuş zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdən keçirir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
3
azertag.az

4Mənbələr