AZ

Endryu varislik hüququndan məhrum edilə bilər

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Böyük Britaniya hökuməti şahzadə Endryu Mauntbetten-Vindzorun kral varislik xəttindən uzaqlaşdırılması ilə bağlı qanun layihəsini nəzərdən keçirir.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, müdafiə naziri Lyuk Pollard bu addımın düzgün qərar ola biləcəyini bildirib.

Onun sözlərinə görə, məsələ polis araşdırması başa çatdıqdan sonra parlamentdə müzakirəyə çıxarıla bilər.

Şahzadə Endryu pedofil maliyyəçi Ceffri Epşteyn ilə əlaqələrinə görə uzun müddətdir ictimai tənqidlərə məruz qalır.

O, rəsmi titullarından məhrum edilsə də, hələ də varislik siyahısında qalır.

Qanun qəbul olunacağı təqdirdə, sənəd Parlament tərəfindən təsdiqlənməli və kralın razılığı ilə qüvvəyə minməlidir.

Aişə Abduluva

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr