Amerikalı boksçu Floyd Meyvezer rinqlərə qayıtmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, o, aprelin 25-də əfsanəvi Mayk Taysonla döyüşəcək.
Meyvezer qayıdışı barədə bunu deyib:
"Boksda yeni rekordlara imza atmaq üçün hələ də lazımi gücə sahibəm".
Qeyd edək ki, 48 yaşlı döyüşçü son olaraq 2017-ci ildə Konor Makqreqorla rinqə çıxıb.
O, karyerası boyunca bir dəfə belə məğlub olmayıb - 50:0.