AZ

“Onu Suriyaya mən rəhbər gətirmişəm, sərtdir, yaxşı oğlan deyil”

ABŞ Prezidenti Donald Trump Ağ Evdə keçirilən mətbuat konfransında Suriya ilə bağlı sualı cavablandırarkən diqqətçəkən və müzakirələrə səbəb olan açıqlamalar verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Tramp iddia edib ki, Suriyanın hazırkı Prezidenti Əhməd əl-Şaraanı vəzifəyə o gətirib.

“Deyə biləcəyim tək şey odur ki, əslində, oraya gətirdiyim Suriya Prezidenti fövqəladə iş görür. O, sərt oğlandır, yaxşı oğlan deyil, əks halda bunu edə bilməzdi”.

ABŞ Prezidenti əl-Şaraanın müharibədən əziyyət çəkən Suriyanı sabitləşdirməyə çalışdığını vurğulayıb və onu tərifləyib:

“O, indiyə qədər kürdlərə çox yaxşı davranıb. Suriya bir araya gəlir, həqiqətən də, yaxşı bir araya gəlir”.

Tramp kürdlərlə bağlı mövqeyinə də aydınlıq gətirib:

“Mən kürdləri sevirəm, amma başa düşməlisiniz ki, kürdlərə külli miqdarda pul, neft və digər şeylər ödənilib. Ona görə də onlar bunu bizim üçün deyil, özləri üçün etdilər. Amma biz kürdlərlə yaxşı yola gedirik və onları qorumağa çalışırıq”.

Tramp həmçinin İŞİD-ə qarşı mübarizədə əl-Şaraaya etibar etdiyini deyib:

“O, güclü və sərt oğlandır. Dünən onunla danışdım, həbsxanalardakı vəziyyət barədə danışdıq. Dünyanın ən pis terrorçularından bəziləri həmin həbsxanalardadır. O, bu prosesi izləyir”.

ABŞ Prezidenti əlavə edib ki, İŞİD-ə qarşı mübarizədə diqqət artıq Dəməşqə yönəldilib.

"Cebheinfo.az"

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr