AZ

“Dünyada ən həssas məqamlarda nəzərlər Azərbaycana dikilir”

BAKI, 21 fevral. TELEQRAF

“Azərbaycanın beynəlxalq platformalarda fəallıq göstərməsi, qlobal həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verməsi beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir. Bu gün ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş, müxtəlif mədəniyyətləri “Bakı prosesi” və digər təşəbbüslər çərçivəsində bir araya gətirən dialoq məkanı kimi tanınır. Respublikamıza və onun liderinə dünyada artan rəğbət bunun əyani təsdiqidir. Ölkəmizin Sülh Şurasına qoşulması da bunun növbəti ifadəsidir”.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Sülh Şurası çərçivəsində respublikamıza böyük önəm verilməsi Azərbaycanın beynəlxalq müstəvidə fəal siyasət yürütməsi, ölkənin inkişaf modeli, strateji sabitliyi və çoxtərəfli diplomatiyaya verdiyi töhfələrlə birbaşa bağlıdır. Beynəlxalq problemlərin qarşısının alınmasında və idarə olunmasında oynadığı rol,konstruktiv yanaşması, dialoq və nəticəyönümlü diplomatiya həyata keçirməsi ölkəmizin beynəlxalq səviyyədə yüksək nüfuz qazanmasını şərtləndirən amillərdir. Sülh Şurasında Azərbaycanın iştirakı ölkəmizin mövbəti uğurudur. Bu o anlama gəlir ki, dünyada ən həssas məqamlarda nəzərlər Azərbaycana dikilir və ölkəmiz də ona bəslənilən ümidləri hər zaman yüksək səviyyədə doğruldur. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən Vaşinqtonda keçirilənSülh Şurasının ilk iclasında iştirak etmək üçün dəvət edilməsi də bütün bunları təsdiqləyir. Bu, Prezident İlham Əliyevin dünyada böyük nüfuzu və hörmətinin təzahürüdür.Bunu tədbir zamanı Prezident Trampın bir neçə dəfə Azərbaycanın dövlət başçısına xitab etməsi bir daha sübut etdi. Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın tədbir çərçivəsində görüşməsi və əlsıxmanın Prezident Tramp tərəfindən qeyd edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın və dövlət başçımızın rolunun göstəricisidir. Bu, həm də onun nümayişidir ki, Sülh Şurasının fəlsəfəsi qarşıdurmanı inkar edir, ölkələri barışığa çağırır.

Millət vəkilinin sözləinə görə, Qarabağ münaqişəsi başa çatdıqdan sonra qalib Azərbaycan yaratdığı yeni reallıqları regionda sülhə nail olmaq üçün real zəmin kimi dəyərləndirdi və bu istiqamətdə məqsədyönlü fəaliyyətlərə başladı. Məhz Prezident İlham Əliyevin siyasi qətiyyəti və fəal diplomatiyası sayəsində sülhyaratma prosesində böyük yol keçilib. Bu yolda ötən il avustun 8-də Vaşinqtonda, Ağ EvdəAzərbaycan, Ermənistan liderlərinin iştirakı və Donald Trampın şahidliyi ilə mühüm razılaşmaların əldə olunması, yekun sülh sazişinin xarici işlər nazirləri tərəfindən paraflanması böyük nailiyyətdir. Vaşinqton görüşündən sonra regionda real olaraq sülh mövcuddur, atəş səsləri eşidilmir, insanlar həyatlarıni itirmirlər. Eyni zamanda, Azərbaycansülhə töhfə vermək naminə öz ərazisindən Ermənistana tranzit keçidlərini təmin edir. Eləcə də ölkəmiz Ermənistana neft məhsulları satır. Bundan başqa, son aylarda etimad quruculuğu prosesi çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri İrəvanda və Bakıda bir neçə dəfə görüşüblər. Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistan konstitusiyasına müvafiq dəyişiklik edildikdən sonra yekun sülh sazişinin imzalanmasında hər hansı bir maneə qalmayacaq.

“Bütövlükdə, Azərbaycanın məqsədyönlü siyasəti yalnız Cənubi Qafqaz coğrafiyasında deyil, bütün dünyada sülhün bərqərar edilməsinə yönəlib. Ölkəmiz öz təcrübəsindən çıxış edərək Qəzzada həyata keçirilən humanitar missiyalarda və investisiya layihələrində investor kimi aktiv rol oynaya bilər. Ölkəmiz Qarabağ münaqişəsindən sonrakı mərhələdə bərpa-quruculuq sahəsində əldə etdiyi təcrübəni beynəlxalq platformalarda bölüşmək imkanına malikdir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı layihələr nümunə kimi nəzərdən keçirilə bilər”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Seçilən
10
teleqraf.com

1Mənbələr