AZ

Qidalanma zamanı edilən 4 səhv şəkər olmaq riski yaradır

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bəzi məhsullardan imtina etmək 2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə azalda bilər.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bunu britaniyalı həkim Debora Li qidalanma vərdişlərinin qan şəkərinə təsiri barədə danışarkən bildirib.

Onun sözlərinə görə, məsələ yalnız ayrı-ayrı qidaların menyuda olub-olmamasında deyil, uzunmüddətli qidalanma vərdişlərindədir. Həkim xüsusilə dörd məhsul qrupunun təhlükəli olduğunu vurğulayıb:

şirniyyatlar;

rafinə olunmuş karbohidratlar (ağ çörək, ağ düyü, şirin səhər yeməyi lopaları);

qırmızı və emal olunmuş ət məhsulları;

duz miqdarı yüksək olan qidalar.

Mütəxəssis qeyd edib ki, rafinə olunmuş karbohidratların uzun müddət qəbulu insulinə qarşı müqavimət yaradır. Bu zaman hüceyrələr insulinə lazımi reaksiya vermir və qanda qlükoza səviyyəsi təhlükəli həddə qalır. Lakin düzgün qidalanmaya keçid bu vəziyyəti geri çevirməyə kömək edə bilər.

Diabet riskini azaltmaq üçün həkim liflə zəngin qidalara üstünlük verməyi tövsiyə edir. Bunlara tam taxıllı çörək və makaron, qəhvəyi düyü, paxlalılar (noxud, lobya, mərcimək), şəkərsiz yoqurt, eləcə də meyvə və tərəvəzlər daxildir. Xüsusilə alma, üzüm, giləmeyvə, ispanaq və kələm faydalı hesab olunur. Ara yeməklərdə duzsuz çərəzlər, meyvə və tərəvəz seçmək, doymuş heyvani yağları isə bitki mənşəli yağlarla əvəz etmək məsləhətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
2
baku.ws

3Mənbələr