AZ

Ukrayna, tezliklə AB ə üzv olmaq üçün Rusiya ilə ərazi güzəştləri etməyə razılaşa bilər Welt

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna, yaxın illərdə Avropa İttifaqına sürətlə üzv olmaq perspektivi qarşılığında mümkün bir sülh razılaşması çərçivəsində ərazi güzəştləri etməyə razılaşa bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Die Welt" qəzeti məlumat yayıb.

Avropalı rəsmilərin fikrincə, ABŞ, sülh danışıqlarında vasitəçi olaraq, Kiyevin Avripa Birliyi (AB) üzvlüyünü və təhlükəsizlik təminatlarını əldə etməsi qarşılığında Rusiya tərəfindən Donbasın "böyük ölçüdə" nəzarət altına alınmasını məqsəd qoyur.

Brüsseldəki diplomatlar bildiriblər ki, Prezident Vladimir Zelenski, ərazi güzəştləri ilə bağlı xalqın dəstəyini qazanmaq istəyirsə, "real bir silah"a ehtiyacı var. Buna görə də, AB Ukraynanın üzvlük prosesini sürətləndirmək barədə razılaşa bilər.

Müzakirə edilən sülh planına görə, Ukraynanın AB-ə üzv olma tarixi 2027-ci il kimi göstərilir. Lakin Brüsseldəki mənbələr Ukraynanın növbəti il üzvlük əldə etməyəcəyini və daha çox 2028-2030 illərində üzvlük ehtimalının daha real olduğunu bildirirlər.

Məqalədə qeyd edilir ki, "Ərazi itkisi qarşılığında AB üzvlüyü və təhlükəsizlik təminatları – bu, Ukraynadakı müharibəni həll etmək üçün Trampın formuluna bənzəyir. Lakin Avropalılar buna razılaşa bilərlərmi?"

Brüsseldəki diplomatlar əlavə ediblər ki, Zelenski "real bir razılaşmaya" ehtiyacı olduğunu çox aydın göstərir, əgər o, ərazi güzəştləri məsələsində Ukrayna xalqının dəstəyini almaq istəyirsə.

Qeyd edilir ki, beləliklə, AB bəlkə də Ukraynanın tezliklə üzv olmasına razı ola bilər. Lakin bu addımın ardıcıl bir üzvlük prosesində mümkün olmadığı vurğulanır. "Vaxt çatışmazdır və Kiyev, mövcud genişlənmə prosedurları çərçivəsində, korrupsiya və hüquq dövlətliliyi kimi sahələrdə hələ də çox geridədir", – deyə bildirilir.

Əvvəllər Zelenski bildirib ki, həm amerikalılar, həm də ruslar deyir ki, əgər Kiyev müharibənin sabah bitməsini istəyirsə, Ukrayna Silahlı Qüvvələri Donbasdan qoşunlarını çıxarmalıdır. Onun sözlərinə görə, Ukrayna qüvvələri cənub istiqamətində əraziləri azad etmə sahəsində müvəffəqiyyətlər əldə ediblər.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
bizimyol.info

1Mənbələr