AZ

Yaponiyada quş qripinə görə 560 minə yaxın toyuq məhv ediləcək

Bakı. Trend:

Yaponiyanın İvate prefekturasının hakimiyyət orqanları yerlifermada quş qripi epidemiyası aşkar edildikdən sonra təxminən 560min toyuğun məhv ediləcəyini açıqlayıb.

Trend xəbər verirki, bu barədə "Kyodo" məlumat yayıb.

Məlumata görə, epidemiya Kaneqasaki kəndində yerləşən quşçuluqfermasında aşkarlanıb.

Bildirilib ki, görülən tədbirlərə baxmayaraq, Yaponiyada quşqripinin yayılması müntəzəm xarakter daşıyır. Hər payız və qışmövsümündə milyonlarla yoluxmuş toyuq məhv edilir.

Seçilən
16
4
az.trend.az

7Mənbələr