AZ

Antarktidanın buz örtüyü 2100 cü ilə qədər 20% azalacaq

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Antarktida yarımadasının buz örtüyü 2100-cü ilə qədər 20% azalacaq. Bu isə qlobal dəniz səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Mail" beynəlxalq tədqiqatçılar qrupunun hesabatına istinadən məlumat yayıb.

Nəşrdə bildirilir ki, ən bədbin ssenariyə əsasən, yarımadanın buz örtüyü əsrin sonuna qədər beşdə bir nisbətində azala bilər. Bu isə pinqvinlər və balinalar kimi qütb heyvanları üçün ciddi nəticələr doğurmaqla yanaşı, regiondan kənarda da fəlakətli hadisələrə səbəb olacaq.

Tədqiqatın aparıcı müəllifi, Nyukasl Universitetinin professoru Bevan Devis bildirib ki, Antarktidada baş verən dəyişikliklərin nəticələri dəniz səviyyəsinin yüksəlməsi, okean və atmosfer arasındakı qarşılıqlı əlaqələrin, eləcə də qlobal sirkulyasiyanın dəyişməsi vasitəsilə dünyanın digər regionlarına da təsir göstərəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
oxu.az

1Mənbələr