AZ

Donald Tramp bütün idxal məhsullarına 10% tarif tətbiq edəcək

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bütün ABŞ idxal məhsullarına 10%tarif tətbiq etməyi və "milli təhlükəsizlik"lə bağlı tarifləriqüvvədə saxlamağı planlaşdırır.

Trend xəbər verirki, bu barədə Tramp Ağ Evdə keçirilən mətbuat konfransında məlumatverib.

“Buna görə də, dərhal qüvvəyə minən bütün milli təhlükəsizliktarifləri qüvvədə qalır. Mən həmçinin bu gün artıq qüvvədə olannormal tariflərə əlavə olaraq 10% qlobal tarif tətbiq edən sərəncamimzalayacağam”, – deyə Tramp bildirib.

Seçilən
24
1
az.trend.az

2Mənbələr