AZ

Zelenski ABŞ və Rusiyanın şərtini açıqladı

ABŞ və Rusiya münaqişəyə son qoyulması üçün Ukrayna ordusunun Donbasdan çıxarılmasını şərt kimi irəli sürüblər.Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski belə açıqlama verib. O, AFP-yə müsahibəsində Ukraynanın Donbasdan geri çəkilməsinin şərt olduğunu bəyan edib. Zelenski, “Amerikalılar və ruslar deyirlər: Əgər bu münaqişənin bitməsini istəyirsinizsə, Donbasdan çıxın”, - deyə bildirib.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Yuri Uşakov ABŞ tərəfinin Ankoricdə razılaşmaya əsasən, ərazi məsələsi həll edilmədən münaqişənin siyasi həllinin mümkün olmadığı fikrini qəbul etdiyini bildirmişdi.

Seçilən
53
30
metbuat.az

10Mənbələr