Misli Premyer Liqasında XXI turu çərçivəsində keçirilən "Sumqayıt" - "Qəbələ" matçı qolsuz bərabərliklə yekunlaşıb.
Fanat.Az meydan sahiblərinin baş məşqçisi Saşa İliçin oyunla bağlı fikirlərini təqdim edir:
“Qarşılaşmanın ilk 20 dəqiqəsini yaxşı oynadıq deyərdim. İkinci hissədə də oyunumuzu düzəltməyə çalışdıq. Lakin bir sıra səhvlərə yol verdik. Epizodlarımız olsa da, yararlana bilmədik. 1 xal qazansaq da, bunu qənaətbəxş saymıram”.