AZ

Müsəlmanlar acdır, yalavacdır, yemək və su tapmır Deputatdan ÇAĞIRIŞ

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Ramazan süfrəsi görüntü xarakterli olmamalı, kiməsə özünü göstərmək məqsədi daşımamalıdır. Özünü başqalarına göstərmək məqsədilə bu işi görmək ibadətimizin savabını yox edir. Əgər siz bunu özünüzü reklam məqsədilə edirsinizsə, kiməsə göstərmək üçün edirsinizsə, yaxşılıq etmək istədiyiniz halda çox böyük bir pislik etmiş olursunuz və bu pisliyi ən birinci özünüzə etmiş olursunuz".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial şəbəkəsindəki canlı yayım zamanı bildirdi.

Deputatın sözlərinə görə, heç bir halda Ramazan süfrəsi israfçı da olmamalıdır:

"Bu, bütün müsəlman dünyasının ciddi problemlərindən biridir, təkcə bizdə deyil. Böyük vəsaitlər xərcləyib iftar süfrələri təşkil edirlər, amma dünyanın bir çox ölkəsində milyonlarla insan, hətta müsəlmanlar acdır, yalavacdır, yemək və su tapmır, çox çətin şəraitdə yaşayır. Ona görə də bu, heç bir halda dinimizlə uyğun gələn məsələ deyil. Baxın, mən bunu o gün tələbələrimə də deyirdim: biz bəzən şikayətlənirik ki, bu yoxdur, o yoxdur, yeməklə bağlı narazılıq edirik. Amma peyğəmbərimizin həyat yoldaşlarından biri deyirdi ki, peyğəmbərlə elə günlərimiz olurdu ki, günlərlə xurmadan və sudan başqa heç nə tapmırdıq. Yəni günlərlə yalnız su və xurma ilə qidalanırdıq. Bu çox önəmli və vacib bir məsələdir. O dövrdə insanların nə qədər çətin şəraitdə yaşadığını nəzərə almalıyıq. Ona görə də birmənalı şəkildə bahalı iftar süfrələrindən, təmtəraqlı iftar mərasimlərindən çəkinmək, maksimal dərəcədə sadə menyulara üstünlük vermək lazımdır".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
redaktor.az

2Mənbələr