AZ

TƏCİLİ! Bu ölkə vətəndaşılarına XƏBƏRDARLIQ ETDİ – “İranı dərhal TƏRK EDİN!”

Almaniya Xarici İşlər Nazirliyi mümkün hərbi təhlükə fonunda Almaniya vətəndaşlarını İran ərazisini tərk etməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, nazirliyin nümayəndəsi bildirib ki, hazırda məhdud şəkildə də olsa, kommersiya uçuşları və İranın qonşu ölkələri ilə hava əlaqəsi hələ də mövcuddur. Bundan əlavə, ölkəni quru yolu ilə tərk etmək imkanı da qalmaqdadır.

“Hazırda məhdud şəkildə olsa da, kommersiya reysləri və qonşu ölkələrlə hava nəqliyyatı mövcuddur. Həmçinin ölkədən quru yolu ilə çıxmaq mümkündür”, — deyə qurumun nümayəndəsi açıqlamasında vurğulayıb.

Rəsmi nümayəndə eyni zamanda qeyd edib ki, vəziyyətin gərginləşməsi halında Almaniyanın konsulluq xidmətlərinin faktiki olaraq fəaliyyət göstərə bilməyəcəyi ehtimalı çox yüksəkdir. Onun sözlərinə görə, mümkün hərbi eskalasiya zamanı vətəndaşlara operativ yardım göstərmək demək olar ki, mümkünsüz olacaq.

Məlumata əsasən, bu xəbərdarlıq ABŞ-ın İrana qarşı mümkün hərbi zərbə endirəcəyi ilə bağlı yayılan məlumatlar fonunda edilib. Almaniya hökuməti regionda təhlükəsizlik risklərinin artdığını nəzərə alaraq, öz vətəndaşlarının təhlükəsizliyini prioritet hesab edir.

Nazirlik Almaniya vətəndaşlarına tövsiyə edib ki, vəziyyəti diqqətlə izləsinlər, mümkün qədər tez ölkəni tərk etsinlər və rəsmi qurumların verdiyi göstərişlərə əməl etsinlər.

Qeyd edək ki, son günlər Yaxın Şərqdə artan gərginlik beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur və bir sıra ölkələr öz vətəndaşları üçün oxşar xəbərdarlıqlar yayımlayıb.

Sara

Seçilən
34
13
nocomment.az

7Mənbələr