AZ

“Sumqayıt” “Qəbələ” ilə heç-heçə etdi

Misli Premyer Liqasının XXI turu çərçivəsində növbəti qarşılaşma keçirilib.

90deqiqe.Az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionuda keçirilən oyunda "Sumqayıt" və "Qəbələ" qolsuz heç-heçə edib.

Bu nəticədən sonra “gənclik şəhəri”nin təmsilçisi 31 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Qəbələ” isə 15 xalla 10-cu sıradadır.

Turun açılış oyununda Turan Tovuz Sumqayıtı 2:0 hesabı ilə məğlub etmişdi. XXI tur fevralın 22-də yekunlaşacaq.

Seçilən
19
90deqiqe.az

1Mənbələr