AZ

Ramazanda edilən bu səhv ürək üçün risk yaradır AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ramazan ayında oruc tutmağın insan orqanizminə, xüsusən də ürək-damar sisteminə təsirləri hər il aktuallaşan mövzulardandır. Tibbi araşdırmalar göstərir ki, düzgün qaydada saxlanılan oruc metabolik göstəriciləri yaxşılaşdırır, lipid profilini tənzimləyir və insulin həssaslığını artırır. Lakin bu müsbət nəticələr birbaşa fərdin ümumi sağlamlıq vəziyyətindən və iftarla sahur arasındakı qidalanma vərdişlərindən asılıdır.Tibb eksperti Adil Qeybulla məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında orucun təkcə fiziki pəhriz olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu proses ilk növbədə mənəvi saflaşma və özünüidarəetmə dərsi kimi qəbul edilməlidir."Oruc insanın mənəvi və ruhsal durumudur. Bu, insanın öz instinktlərinə, daxili istəklərinə nəzarət etməsi deməkdir. İnsanın qəlbində mərhəmət hissi olmalı, başqalarına kömək etmək, yaxşılıq etmək istəyi güclənməlidir. Bununla yanaşı, qidadan uzaq dayanmaq, şəhvət və digər mənfi vərdişlərdən çəkinmək, yəni öz hisslərini idarə etməyi bacarmaq əsas məqamlardandır. Bu çox vacibdir. İnsan nəfsinə nəzarət edə bilsə, bəşəriyyət də daha fərqli və daha sağlam bir mühitdə yaşaya bilər".Ekspert təəssüf hissi ilə qeyd edib ki, cəmiyyətdə bir çoxları bu ibadəti yalnız qida qəbulunun məhdudlaşdırılması kimi başa düşür. Adil Qeybulla bildirib ki, mənəvi tərəfi unudaraq sadəcə ac qalmaq orucun mahiyyətinə uyğun gəlmir. Üstəlik, iftardan sonra edilən yanlışlar sağlamlıq üçün risk yaradır."Bu isə doğru yanaşma deyil. Ramazan ayında insanlar bir ay boyunca oruc tuturlar və bu artıq cəmiyyətimizin məişətində oturuşmuş bir ənənəyə çevrilib. Dini baxımdan bu məsələlərin daha dəqiq izahını ilahiyyatçılar verə bilər. Lakin praktikada bəzən iftardan sonra həddindən artıq qida qəbulu müşahidə olunur ki, bu da fizioloji baxımdan düzgün deyil. Mən hesab edirəm ki, oruc ayı daha ölçülü və balanslı şəkildə keçirilməli, xüsusilə iftardan sonra qida qəbulu normada saxlanmalıdır. Bu halda həm mənəvi, həm də fiziki faydaları daha aydın şəkildə hiss oluna bilər".Həkimlərin ümumi rəyinə görə, Ramazan ayının sağlamlıq baxımından faydalı olması üçün iftarda ağır qidalardan qaçmaq və su balansını qorumaq şərtdir. Əks halda, sürətli qida qəbulu ürək və həzm sistemi üçün əlavə yükə çevrilə bilər.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
demokrat.az

1Mənbələr