AZ

Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? Deputatdan etiraz

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son dövrlər yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin sərtləşdirilməsi və bal sisteminin tətbiqi cəmiyyətdə ciddi narazılıq yaradıb. Qaydalara qarşı deyiləm. Qayda olmalıdır, intizam olmalıdır. Amma sual budur: biz problemi doğrudanmı həll edirik, yoxsa sadəcə, vətəndaşı sıxışdırırıq?

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, bir neçə ay ərzində 20 bal yığılıb sürücülük vəsiqəsi əlindən alınan minlərlə insan var:

“Bu adamların alternativi yoxdur. İctimai nəqliyyat hər yerdə əlçatan deyil, regionlarda isə sürücülük bəzən ailənin dolanışığı deməkdir. İnsanlara alternativ və seçim imkanı yaratmadan cərimə ilə yükləmək ədalətli deyil. Əgər məqsəd təhlükəsizlikdirsə, o zaman yol nişanları, yol xətləri, işıqlandırma, piyada keçidləri, ağıllı nəzarət sistemlərini inkişaf etdirməliyik”.

Deputat təklif edib ki, cərimə siyasəti paralel olaraq real infrastruktur islahatları ilə müşayiət olunsun:

“Əks halda, bu yanaşma yol təhlükəsizliyini artırmayacaq, sadəcə, tətbiq olunan cərimələr və inzibati cəzalar cəmiyyətdə narazılığı dərinləşdirəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
axar.az

2Mənbələr